Şərtlər və Qaydalar

1.     QISALTMALAR

 

HAZ                  –          “Holcim Azərbaycan” ASC

HPL                  –          Holcim Plus Loyallıq program

RƏMZ               –          Holcim Azərbaycan tərəfindən yaradılan bonus simvolu

Ship to              –          Müştərinin məhsul çatdırılma ünvanı

CSP                  –          Kommersiya Dəstək şöbəsi    

SAP                  –          Biznesdə istifadə olunan əsas ERP sistemi

HMD                 –          Marketinq fəaliyyəti rəhbəri

CR                    –          Kommersiya direktoru

JMS                  –          Kiçik marketinq mütəxəssisi

SR                    –          Satış təmsilçisi

 

 

 

 

2.     MƏQSƏD

 

Bu prosedurun məqsədi Holcim Plus Loyallıq proqramının (HPL) işləmə funksiyasını, qaydalarını və təlimatlarını təsvir etməkdir.

HPL, HAZ kisəsi sement məhsullarını alan HAZ brendinə sadiq olan pərakəndə satıcıları və tikinti şirkətlərini həvəsləndirmək və qiymətləndirmək məqsədi daşıyır. HAZ ilə uzunmüddətli əməkdaşlıq zamanı pərakəndə satıcılar və tikinti şirkətləti HPL-nin yaratdığı imkanlardan yararlana və toplanmış “RƏMZ”-dən istifadə edib plus.holcim.az saytının hədiyyələr kataloqunda göstərilən müxtəlif hədiyyələri sifariş edib əldə edə bilərlər.

RƏMZ-lər hər bir müştərimiz üçün HAZ kisə məhsullarını sifariş etdikdən sonra hesablanmağa başlayır. Toplanmış RƏMZ-lər avtomatik olaraq Holcim Plus proqramında qeydiyyatdan keçirilmiş müştərilərin şəxsi hesabına köçürülür.

 

3.     HPL ƏHATƏ ÇƏRÇİVƏSİ

 

Bu proqram və prosedur yalnız HAZ kisə sement məhsullarını alan Pərakəndə SatıcılaraTikinti şirkətlərinə şamil olunur.

 

Pərakəndə satıcı - tikinti materialları mağazasına sahib olan və HAZ kisə sementi birbaşa son istifadəçilərə, məsələn, fərdi ev tikintisi edən ev sahiblərinə, hörgü ustalarına, tikinti layihəsi menecerlərinə, ustalara və.s. satan müştəridir.

 

Tikinti Şirkəti – HAZ kisə sement məhsullarının istehlak edildiyi yaşayış, ticarət, infrastruktur və s. kimi binaların tikintisi ilə məşğul olan şirkətdir.

 

3.     ŞƏRTLƏR VƏ QAYDALAR

 

RƏMZ hesablanması və tətbiqi yalnız hər bir müştərinin HPL saytında (plus.holcim.az) tam məlumatları ilə qeydiyyatdan keçirildikdən sonra istifadəçi adı və şifrə məlumatlarının SMS ilə qəbulundan sonra başlayır.

 

Müştərinin qeydiyyatdan keçməzdən əvvəl aldığı HAZ kisə sementlərinin RƏMZ-ləri, qeydiyyatdan keçdikdən sonra hesabına köçürülməsi HPL qaydalarına və şərtlərinə uyğun deyil.

 

·       Proqrama daxil olan hər bir müştərinin bir şəxsi HPL hesabı olmalıdır.

·       RƏMZ HPL şərtlərində və qaydalarında göstərildiyi kimi hesablanır və hər hansı nağd pul və ya digər ekvivalentlərə dəyişdirilə bilməz.

·       RƏMZ köçürülə bilməz və/və ya onların qüvvədə olma müddəti uzadıla bilməz.

·       RƏMZ hədiyyə sifariş etmək üçün başqa müştərinin hesabına köçürülə bilməz.

·       Tək hədiyyə almaq üçün RƏMZ digər müştərinin RƏMZ tutarı ilə birləşdirilə bilməz.

 

Hər hansı bir istifadəçi məlumatları dəyişdirildiyində (məsələn, müştərinin telefon nömrəsi, HAZ məhsulu çatdırılma ünvanı, distributor adı və.s) müştəri, *1010 HAZ qaynar xəttin, HAZ satış menecerinin və ya Marketinq departamentinin vasitəsi ilə ən gec 48 saat ərzində HAZ məlumat verməlidir.

Müştəri yenilənmiş şəxsi məlumatların vaxtında şərtlərə uyğun HAZ-a təqdim etmədiyi təqdirdə, HPL haqqında məlumat almadığı üçün HAZ məsuliyyət daşımır.

Müştəri dəyişikliklərlə bağlı vaxtında müraciəti təqdim etmədiyi təqdirdə HPL RƏMZ hesablanması üçün dəymiş hər hansı bir ziyana görə kompensasiya tələb edə bilməz.

 

Müştərilərin hədiyyə sifarişinin ləğvi barədə 24 saat ərzində şifahi (*1010 qaynar xəttə zəng etməklə) və ya SR vasitəsilə Marketinq Departamentinə məlumat verilməlidir.

 

Holcim Azərbaycan ASC üzvlərlə müqaviləni dərhal dayandırmaq hüququna malikdir və əgər proqramın üzvü:

      (a) HAZ tərəfindən müəyyən edilmiş və aşağıda xüsusi olaraq təsvir edilən qaydalar və şərtlərə zidd gedərsə.

      (b) Müştəri səhv və ya yalan məlumat təqdim edərsə, proqramdan qeyri-qanuni istifadə edərsə (məsələn, HPL-dən RƏMZ-lə alınmış hədiyyələri yenidən başqa bir müştəriyə satırsa), HPL-nin şərtlərindən öz xeyrinə sui-istifadə edərsə, HAZ xəbərdarlıq etmədən müştərinin HPL-də hesabını bloklamaq hüququnu özündə saxlayır. Belə hallarla bağlı HAZ məhkəməyə müraciət edə bilər.

Əvvəlcədən xəbərdarlıq şərtilə Holcim və üzv tərəfindən üzvlüyə xitam verilərsə xitama qədər yığılmış bütün ballar 12 ay ərzində istifadə olunmalıdır. Eyni zamanda, müştəri topladığı RƏMZ-lərdən proqramın şərtlərinə uyğun olaraq hədiyyə almaq üçün istifadə etmək hüququna malikdir. Müştəri hər hansı bir hədiyyə almaq üçün kifayət qədər RƏMZ-i yoxdursa əlavə RƏMZ tələb edə bilməz. Əgər Holcim ASC üzrlü səbəbdən razılaşmaya xitam verərsə üzv hesabında olan ballardan istifadə hüququnu itirir.

Hər hansı texniki səbəbə görə RƏMZ hesablanmırsa, müştərilər 6 ay ərzində hesablanmayan RƏMZ-lərin hesablarına geri qaytarılmasını tələb edə bilərlər. Göstərilən müddət ərzində təqdim edilməyən sorğular qəbul edilməyəcək.

HAZ bazar vəziyyətini və şirkətin hədəflərini nəzərə alaraq hesablanmış ton/kisə/pallet üçün RƏMZ məbləğini, eləcə də AZN-nin RƏMZ məzənnələrinə dəyişiklik etmək hüququnu özündə saxlayır. Müştəri bu dəyişikliklər barədə əvvəlcədən kommunikasiya mənbələri (şirkətin rəsmi internet saytı, sosial media, SR, SMS məlumatı, *1010 qaynar xətti və s.) vasitəsilə məlumatlandırılır.

Ləğv etmə və ya imtina: Distribyutor/Topdansatış anbarları və Meqadilerlər (malları digər Pərakəndə Satıcılara paylayan və ya satan, anbarları olan böyük Pərakəndə Mağazalar) pərakəndə satıcılara paylanmış və ya yenidən satılan həcmlər üçün Holcim Plus loyallıq proqramı və RƏMZ hesablanması üçün uyğun deyil.

 

Distribyutordan/Topdansatış anbarından və/və ya Meqadilerdən RƏMZ ilə HPL-dan hədiyyə alınması sorğusunu qəbul etmək üçün – Pərakəndə Satıcılarla təfərrüatlı çatdırılma hesabatı və göstərilən müvafiq paylanmış kisə sement həcmləri, RƏMZ-nin həmin Pərakəndə Satıcılara yenidən bölüşdürülməsi üçün HAZ Marketinq Departamentinə təqdim edilməlidir.

 

Aşağıda əks olunan cədvəl Distribyutor/Topdansatış anbarı və/və ya Meqadiller nümayəndəsinin HAZ marketinq şöbəsinə təqdim olunacaq hesabatın nümunəsidir:

 

Müştəri adı,Soyadı

Telefon

Ünvan

Sifariş nömrəsi

Hədiyyə

Hədiyyənin RƏMZ-i

Alınan sement həcmi, kisə

Əliyev Əli

994550000000

Binəqədi qəsəbəsi X mədən X korpus

2621

Samsung SM-A515 4GB 64GB White

29,450

14725

Əliyev Əli

994700000000

Sabirabad

2622

Xiaomi Redmi 9C 3GB/64GB Orange

15,950

7975

Əliyev Əli

994770000000

Berde şeheri Heyder eliyev prsopekti

2624

Tozsoran Samsung VCC4520S36 XEV

5,950

2975

Əliyev Əli

994510000000

İmişli

2627

Nokia 105 Dual Black 2019

2,450

1225


  
Yalnız yuxarıda göstərilən hesabatdan və Marketinq Departamentinin təsdiqindən sonra Distribyutor və ya Meqadiler malları yenidən payladığı pərakəndə satıcılar adından HPL-dən hədiyyə tələb edə bilər.

Əgər Tikinti Şirkəti bir neçə ünvanın RƏMZ-ni bir şəxsi hesaba köçürmək (birləşdirmək) istərsə, həmin müştəri digər ünvanları və əsas şirkəti göstərməklə, RƏMZ köçürmələrini (birləşdirilmələrini) göstərən rəsmi məktubu HAZ marketinq şöbəsinə təqdim etməlidir.

 

RƏMZ-lər verildiyi gündən etibarən (son kisə sement sifarişi)  bir il ərzində qüvvədə qalır və hər hansı digər ödəniş vasitəsi ilə köçürülə, dəyişdirilə və yaxud qüvvədə olma tarixi uzadıla bilməz.

HAZ heç bir xüsusi səbəb göstərmədən, rabitə kanalları vasitəsilə (şirkətin rəsmi internet saytı, sosial media, SR, SMS bildirişi və qaynar xətt mərkəzindən və s.) müştərilərə 2 həftə öncədən xəbərdarlıq etməklə bütün proqramı ləğv etmək hüququnu özündə saxlayır.

 


4.     HPL PROSESİN ÜMUMİ TƏSVİRİ

 

4.1   HPL SAYTINDA YENİ MÜŞTƏRİLƏRİN QEYDİYYATI

 

1.     SR CSP-yə yeni müştəri məlumatı təqdim edir (Müştəri ilə HAZ arasında müqavilənin skanı, müştəri adı, soyadı, telefon nömrəsi, DD adı, ünvanlar və.s)

2.     CSP tərəfindən SAP-da yeni müştərinin yaradılması, hər bir yeni müştəri ünvanı üçün ayrı-ayrılıqda “ship to” kodu hazırlanır.

3.     Yaradılmış müştəri məlumatı JMS-ə göndərilir.

4.     JMS müştərini müvafiq olaraq HPL-də qeydiyyatdan keçirir.

5.     HPL saytında yaradılmış yeni müştəri hesabı (istifadəçi adı və şifrə) hər bir müştəriyə SMS vasitəsilə təqdim olunur, bu da müştərinin proqrama daxil olmasının təsdiqini nəzərdə tutur.

6.     Telefon nömrələri birbaşa ship-to kodlarla əlaqələndirilir və buna görə də qeydiyyat prosesi üçün hər bir ship to kod üçün yeni telefon nömrəsinə tələb olunur.

7.     RƏMZ hesablanması HPL-da qeydiyyatdan sonra HAZ kisə sement məhsulunun müştəriyə ilk çatdırılması ilə başlayır.

4.2   STANDART RƏMZ HESABLANMASI

1.     RƏMZ hesablanması yalnız HAZ kisə sement məhsulları üçün tətbiq edilir.

2.     Hər 40 kq sement kisəsi üçün müştəri hesabına 2 RƏMZ yüklənir.

3.     Hər 50 kq sement kisəsi üçün müştəri hesabına 2,5 RƏMZ yüklənir.

4.     Və beləliklə hər ton kisə sement üçün müştəri hesabına 50 RƏMZ yüklənir.

 

Yuxarıdakı RƏMZ hesablama şərtləri HAZ-ın başlatdığı müxtəlif həvəsləndirici kampaniyaları ilə əlaqədar olaraq müəyyən edilmiş vaxt çərçivəsində dəyişdirilə bilər. RƏMZ kommunikasiya şəbəkələri vasitəsilə göndərilən, kampaniya şərtlərinə uyğun olaraq daha az və ya çox hesablana bilər. Hesablama şərtlərinin dəyişdirilməsi HMD və CR tərəfindən təsdiq edilməlidir.

4.3   RƏMZ İSTİFADƏSİ VƏ HƏDİYYƏ SİFARİŞİ

HPL saytında təqdim olunan hədiyyələr və hədiyyələrin RƏMZ'ləri, HAZ tərəfindən müəyyənləşdirilən plus.holcim.az vebsaytındakı hədiyyələr kataloqunda göstərilmişdir.

 

RƏMZ-in hesablanması və tətbiqi:

Hədiyyə yalnız o halda sifariş edilə bilər ki, tələb olunan hədiyyə üçüncü tərəf şirkət internet saytında və anbarında olsun və əlavə olaraq, müştərinin hesabında kifayət qədər RƏMZ olsun.

Hədiyyə üçün tələb olunan RƏMZ məbləği: Hədiyyələri tələb etmək üçün müştərinin hesabında lazımi sayda RƏMZ olmalıdır. Müştərinin hesabında kifayət qədər RƏMZ olmadıqda hədiyyə sifarişi verilə bilməz. Eyni hədiyyə almaq üçün tələb olunan RƏMZ-lərin sayı bütün müştərilər üçün eynidir. Hədiyyə kataloqunda əks olunan RƏMZ-lər həmin hədiyyələrin bazar qiymətləri əsasında mütəmadi olaraq yenilənir.

 

Həvəsləndirici kampaniyalara başlamazdan əvvəl müştərilər bir həftə öncədən məlumatlandırılacaq və Marketinq Departamenti tərəfindən SMS bildirişi göndəriləcək (RƏMZ-lərin yeni qaydada hesablanması, həvəsləndirici kampaniyanın başlama və bitmə tarixi,  və s.)

 

1.     RƏMZ-lər həftəlik, avtomatik olaraq müştərilərin hesabına yüklənir.

2.     Hər bir müştəri öz şəxsi hesabına müntəzəm olaraq nəzarət edə bilər (istifadəçi adı və şifrə SMS vasitəsilə göndərilir)

3.     RƏMZ-in etibarlılığı: RƏMZ il boyu yığılır və hər bir müştərinin hesabında toplanır. Müştərilər RƏMZ-dən istənilən vaxt istifadə etmək hüququna malikdirlər. Bununla belə, əgər müştəri sonuncu kisə sementi sifarişindən sonra 1 il ərzində toplanmış RƏMZ-dən istifadə etməyibsə, həmin toplanmış RƏMZ-lər avtomatik olaraq silinir (sıfırlanır).

4.     Müştərilər yığılan RƏMZ məbləğindən artıq olmamaq şərti ilə hesabında toplanmış RƏMZ sayına uyğun hədiyyəni/hədiyyələri seçə bilərlər.

5.     Hədiyyələrin dəyərinə uyğun olaraq xərclənən RƏMZ haqqında məlumat müştərilərə SMS vasitəsi ilə avtomatik olaraq göndəriləcək.

6.     Hədiyyələr 14 gün ərzində müştərinin sifarişdə qeyd etdiyi ünvana çatdırılır. HAZ tərəfindən üzürlü səbəblərdən və ya müxtəlif hallardan gecikmələr baş verə bilər. Gecikmə halında, müştərilərə hədiyyələri çatdıran 3-cü tərəf şirkət həmin sifarişin gecikmə səbəbini göstərməklə müştərini əvvəlcədən məlumatdıracaq.

 

Müştərilər RƏMZ hesablamalarını müvafiq yol nəqliyyat qaimələri və ya plus.holcim.az vebsaytı vasitəsilə şəxsi hesablarına daxil olaraq izləyə bilərlər.

 

 

5. QEYDLƏR

 

Bu prosedurlara uyğun formalar və qeydlər:

●      SMS məlumatlandırma

●      HAZ rəsmi vebsaytı (holcim.az) kommunikasiyaları

●      Sosyal media kommunikasiyaları

●      HPL vesbsayt müştəri qeydiyyatı (plus.holcim.az)